“Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən işğalçı Ermənistan yeni müharibəni günbəgün yaxınlaşdırır”

14 Avqust 2012 14:29 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb. 
Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən S.Əbiyev vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir: "20 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən bu işğalçı ölkə yeni müharibəni günbəgün yaxınlaşdırır". 
Müdafiə naziri bildirib ki, vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Nazirin sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.