Olimpiya çempionu pul mükafatını zəlzələ qurbanlarına bağışladı

14 Avqust 2012 17:01 (UTC+04:00)
İranlı olimpiya çempionu qızıl medala görə pul mükafatını zəlzələdən zərər çəkənlərə verib.
İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu Qasem Rezai qızıl medala görə pul mükafatını Şərqi Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb.
O bildirib ki, onun qələbəsi üçün milyonlarla həmvətənlisi dua edib: "Qızıl medal mənim 15 il ərzindəki hər gün çəkdiyim əziyyətin bəhrəsidir. Əgər mənim bu kiçik yardımım zərərçəkənlərin əzablarını cüzi də olsa azaldarsa, xoşbəxt olaram".