O, əslən başqa
ölkələrdən olan Məsut Özil, Sami Xedira, Jerom Boatenq və Lukas
Podolskinin Almaniya himnini oxumamalarını anlayışla qarşıladığını
bildirib. Lövün sözlərinə görə, Almaniya Futbol Federasiyası da
belə bir tələblə çıxış etməyib. Himni oxumağın yığma oyunçularının
çıxışlarına müsbət və ya mənfi təsir etmədiyini vurğulayan
təcrübəli mütəxəssisin fikrincə, bu yöndə mübahisələrdə bəzi
futbolçuların əsl alman olmadığına dair yanaşmalar çox
yanlışdır.
Qeyd edək ki, Almaniya yığmasında forma geyen oyunçuların himni
oxumaması sonuncu dəfə 2012-ci il Avropa çempionatında gündəmə
gəlib. Bəziləri Məsut Özil, Sami Xedira, Jerom Boatenq və Lukas
Podolski kimi əslən başqa ölkələrdən olan futbolçuların himn
çalınarkən səssiz qalmasını narazılıqla qarşılayıb. Hətta Almaniya
mətbuatında da bu məsələ qabardılıb.