Azərbaycanda magistraturaların boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb

15 Avqust 2012 11:25 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, qəbul olunanlar avqustun 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.