Walt Disneyə chr("39")hicabchr("39") iddiası

15 Avqust 2012 15:21 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünyanın qabaqda gələn media və əyləncə şirkətlərindən Walt Disneyin adı, Amerika Birləşmiş Ştatlarında yaşayan müsəlman bir qadın tərəfindən açılan təzminat iddiasıyla xatırlanıb.

28 yaşlı İman Boudlalın iddia səbəbi, Kaliforniya ştatındakı Disneylandde baş örtüsü ilə işinə icazə verilməməsidir. NTV-deki xəbərə görə, Boudlal hicab geymək üçün idarəçilərindən icazə istədiyib, ancaq tələb şirkətin paltar idarəçiliyinə uyğun gəlmədiyindən rədd edilib.

Disneylanddə afisant olaraq çalışan Boudlal, idarəçilərin ona müştərilərlə təmasda olmayacağı bir iş təklif etdiyini, bunu qəbul etmədiyi üçün işdən qovulduğunu deyib.

İddia ərizəsində çalışanlar arasında Boudlalə çirkin ləqəblərlə müraciət edilməsi qeyd olunub.  

Dini ayrıseçkiliklə günahlandırılan Walt Disney: "Şirkətimiz bu günə qədər işçilərinin dini tələblərini fərq güdmədən qarşılamağa səy göstərib" - açıqlaması ilə kifayətlənib.