İngilisləri “yoldan çıxaran” çiçək sarayı

15 Avqust 2012 18:57 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərədə yaşayan Ana və Robin Strange 26 ildir parnikdə yetişdirdikləri çiçəkləriylə evlərini bəzəyir. Yoldan keçən avtomobillər evin qarşısında dayanıb bu vizual mərasimi izləyirlər.

İngiltərənin Şimal Yorkshire kontluğunda yaşayan Ana və Robin Strange 26 ildir bu çiçəkləri sevgi ilə  yetişdirir.

Çiçək sarayına çevrilən evi fərq edənlər indi yollarını dəyişdirərək "Çiçək sarayı" nı görmək üçün Şimali Yorkshirea gəlir.

İngilis Daily Mail qəzetinə danışan Ana Strange çiçək yetişdirmə sevdasının necə başladığını bu sözlərlə izah edib: "Yoldaşımla Yorkda gəzərkən bir balkonda tavandan sallanan rəngarəng çiçəkləri gördük və öz bağçamızı yaratmağa qərar verdik".

Prospektdən keçən insanların evlərinə uğrayıb bağçaları üçün çox gözəl şeylər söylədiyini deyən  65 yaşlı Strange sözlərinə belə davam edib: "Çiçəkləri izləməyə gələnlər hədiyyələr göndərir. Məsələn bağçanın fanatiklərindən biri hər yeni il bizə hədiyyə Çekləri göndərir".