Bu günə gözlənilən hava şəraiti

16 Avqust 2012 11:12 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 16-dahava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-28, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 16-dahava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 30-35 dərəcə isti olacaq.
Avqustun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik olacağı gözlənilmir. Zəif cənub-şərq küləyi avqustun 17-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək.