Binəqədi və Sabunçu rayonlarında təbii qazın veriliməsində fasilələr olacaq

1 Aprel 2015 12:55 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mövqe.az-a verilən məlumata görə, Motodrom ərazisinə gedən diametri 720 mm-lik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zəruriyyəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunda və saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.