Düz bağırsağından görün nə çıxdı?

1 Aprel 2015 12:58 (UTC+04:00)
Movqe.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Eldəniz Aslanovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.