Azərbaycanın 60-a yaxın rayonunda kənd təsərrüfatı idarələrində tikinti işləri yekunlaşıb

1 Aprel 2015 14:08 (UTC+04:00)

Bu günlərdə Azərbaycanın 60 yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq.Bu barədə Mövqe.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonlarda artıq təsərrüfat idarələrinin inzibati binalarının tikintisi yekunlaşmaq üzrədir. Hal-hazırda 56 rayonda inzibati binaların tikintisi gedir, orada tikinti yekunlaşandan sonra artıq ştat müəyyənləşəcək. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (dövlət qulluğu hesab olunduğuna görə - red.) vakansiya elan edilib, kadrlar işə götürüləcək.

Qeyd edək ki, kənd təsərrüfatı idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək.