Ərdoğanın oğlu 2 universitet açacaq

1 Aprel 2015 14:54 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 2 universitet yaradır. Movqe.az-ın sözcü.com.tr saytına istinadən məlumatına görə, Türkiyə parlamenti bu barədə qanunu təsdiqləyib.Bilal Ərdoğanın rəhbərliyi etdiyi qeyri-hökumət təşkilatları İbn-i Haldun və İstinye adlanan iki universitet quracaq. Hər iki universitetdə humanitar fakültələrin üstünlük təşkil edəcəyi bildirilir.Universitetlər yaradıldıqdan sonra prezident Ərdoğan tərəfindən hər iki ali təhsil ocağına rektorlar təyin ediləcək.