Sumqayıtda döyüşə yararsız silah-sursat tapılıb

1 Aprel 2015 14:48 (UTC+04:00)

 Sumqayıtda döyüşə yararsız silah-sursat tapılıb.

 Mövqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbr verir ki, v112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb. Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu, istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.