2014-ci ildə dünyada 607 adamın edam edilib: liderlərlər Çin və ABŞ-dır

1 Aprel 2015 15:18 (UTC+04:00)

Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) 2014-ci il üzrə edam cəzaları barədə hesabatını açıqlayıb. Movqe.az xəbər verir ki, ötən il edam cəzaları ən çox Çin, İran, Səudiyyə Ərəbistanı, İraq və ABŞ-da gerçəkləşib. 2014-cü ildə dünyada ən çox edam Çində reallaşıb. Bu ölkədəki edam sayı gizlədildiyi üçün tam rəqəm müəyyənləşməyib. Çini 289 edamla İran, 90 edamla Səudiyyə Ərəbistanı, 61 edamla İraq və 35 edamla ABŞ izləyib.Çindəki məlumatlar istisna olmaqla, 2014-ci ildə dünyada 607 adamın edam edildiyi bildirilib. 2013-ci ildə isə bu rəqəm 778 olub.