Krımda tatar televiziyası bağlanır

1 Aprel 2015 15:33 (UTC+04:00)

Ukraynanın anneksiya olunmuş Krım yarımadasında Krım tatarlarının dilində olan yeganə televiziya kanalı bağlanır. ATR kanalının rəhbəri Lenur Islyamov martın 31-də jurnalistlərə deyib ki, Rusiyanın media tənzimləyicisi Roskomnadzor ATR-in Rusiya qanunvericiliyinə uyğun qeydiyyatından imtina edib, xeyli texniki səbəb göstərib.Qeydiyyat üçün son tarix isə martın 31-də bitib. Kanal Ukrayna lisenziyası ilə işləyirdi.Islyamov deyib ki, telekanalın Krımı tərk etmək, Ukraynanın başqa bir yerindən yayımlanmaq planı yoxdur.100-dək Krım tatarı martın 31-də ATR-in ofisinə gəlib, dəstəyini bildirib.Amnesty International tatar dilində yeganə kanalın bağlanmasını azad medianın susdurulması, Krımda tatar icmasının qorxudulması cəhdi kimi dəyərləndirib.Krımda tatarlar əhalinin 10 faizini təşkil edir.