Qlobal epidemiya təhlükəsi yaradan superbaketiriya aşkar edilib

2 Aprel 2015 20:40 (UTC+04:00)

Amerikalı alimlər Texasda antibiotiklərin təsirinə tab gətirə bilən mikroorqanizm aşkar ediblər. Bu bakteriya hava-damcı yolu ilə ötürülür. O, uzaq məsafələrə hərəkət edə bilir və bu da dünya epidemyasına səbəb ola bilər. Hələlik virus yalnız Texas fermalaındakı heyvanlara yoluxub.Mütəxəssislər tədqiqatlar keçirərək bu mikroorqanizmləri tədqiq ediblər. Alimlər hesab edirlər ki, onlar antibiotiklərə davamlılığı digər bakteriyalara da keçirə bilər. Hadisələrin bu cür gedişi müxtəlif xəstəliklərin sürətlə yayılmasına gətirib çıxara bilər. Əgər virus bundan sonra da inkişaf edərsə, o, insan orqanizmini də yoluxdura bilər.Alimlər bildiriblər ki, sözügedən bakteriya əvvəllər havada yayıla bilməyib.Insanlar bu infeksiya ilə ət və ya su vasitəsilə yoluxa bilərdi. Tədqiqatlardan sonra mütəxəssislər müəyyən ediblər ki, situasiya dəyişib. Indiki vəziyyət alimlərdə narahatlıq hissi yaradır. Yoluxucu xəstəliklər üzrə mütəxəssislər bildiriblər ki, bu cür bakteriyaların qarşısını almağın mümkünsüzlüyü 2050-ci ilə kimi 10 milyon adamın ölümünə səbəb ola bilər.