Robert Menendes istefa verdi

2 Aprel 2015 10:00 (UTC+04:00)

Korrupsiyada ittiham olunan erməni pərəst ABŞ senatoru vəzifəsindən istefa verib. Movqe.az-ın məlumatına görə, ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən vəzifəsindən sui-istifadə edərək korrupsiyada ittiham olunan Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendes Senatın xarici işlər üzrə komitəsindəki vəzifəsindən istefa verib.Çərşənbə günü haqqında iddia qaldırılan senatın yerinə Demokrat Partiyasından olan Barbara Bokser və Benjamin kardinin gələm biləcəyi düşünülür.Bundan əvvəl də korrupsiyada ittiham edilən senator haqqında söylənilənləri təkzib edərək vəzifəsindən istefa etməyəcəyini bəyan etmişdi.Qeyd edək ki, 62 yaşlı R.Menendes yaxınlarının vəzifəyə gətirilməsində xidməti vəzifəsindən istifadə etməkdə suçlanır. Senator barəsində araşdırma təxminən iki il davam edib