Braziliyada iki stadion satışa çıxarıldı

2 Aprel 2015 11:50 (UTC+04:00)

Braziliyada xalqın narazılığına baxmayaraq keçirilən 2014 Dünya Kubokunun ardından, iki stadion satışa çıxarılıb. Dunas və Fonte Nova stadionlarının tikintisini üzərinə götürən Grupo OAS holdinqi son zamanlar davam edən korrupsiya məhkəməsi ilə çətin bir dövr keçirir. Stadionlara görə də zərərə məruz qalan holdinq Natal-dakı Dunas Arenayı, Salvadordakı Fonte Nova Arena-nın da 50%-lik hissəsini satmaq barədə qərar verib.