Azərbaycanda 30 ton qızıl var

2 Aprel 2015 14:10 (UTC+04:00)

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.

1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 1187,8 dollara bərabərdir.

Modern.az dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrini təqdim edir.


1. ABŞ – 8,133.5 ton


Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalır.


Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.


2. Almaniya – 3,384.2 ton


Siyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə "ağ qızıl" ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar öz ən yüksək həddinə - 4 min tona çatıb. Hazırda bu göstərici 3,384 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisədki Fransa bankında yerləşir.


3. İtaliya – 2,451.8 ton


İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna baxmayraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu göstərir.


4. Fransa – 2,435.4 ton


Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük "ağ qızıl" ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan 16 ton geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.


5. Rusiya – 1,149.8 ton


Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk "beşliy"ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 1,149 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.


Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:


6. Çin – 1,054,1 t


7. İsveçrə - 1,040 t


8. Yaponiya – 765,2 t


9. Hollandiya – 612,5 t


10. Hindistan – 557,7 t


11. Türkiyə - 529,1 t


12. Tayvan – 423,6 t


13. Portuqaliya – 382,5 t


14. Venesuela – 367,6 t


15. Səudiyyə Ərəbistanı – 322,9 t


16. Böyük Britaniya – 310,3 t


17. Livan – 286,8 t


18. İspaniya – 281,6 t


19. Avstriya – 280 t


20. Belçika – 227,4 t


...


54. Azərbaycan – 30,2 t