Erməni jurnalistdən qaçan əsgərə dəstək

2 Aprel 2015 14:20 (UTC+04:00)

Ermənistanda Andranik Qriqoryana haqq qazandıranların, onun Azərbaycan tərəfinə keçməsini doğru sayanların sayı artmaqdadır. Movqe.az-ın məlumatına görə, erməni jurnalist Razmik Akopcanyan bu günlərdə yazdığı son məqaləsində bu cür düşünənələrin əhval-ruhiyyəsini əks etdirib. "Andranik Qriqoryan sadəcə erməni ordusunda baş verənləri bütün dünyaya göstərdi", - deyə vurğulayan jurnalist erməni xalqını Azərbaycan tərəfə keçmiş erməni əsgəri satqın və qorxaq kimi qələmə verməməyə çağırıb.Ermənistan ordusunun muzdlusu, 1991-ci ildə Azərbaycanın Xocavənd rayonunda anadan olmuş Andranik Qriqoryan bu il martın 22-də Azərbaycan tərəfə keçib. "Heç kim yaxşı həyatdan düşmən tərəfə keçmir. İsrail, ABŞ, yaxud Türkiyə ordusunda belə hadisə bir dəfə də baş verməyib. Belə bir örnək də yoxdur. Amma bizdə çox saydadır. Hələ çox olacaq",- deyə Akopcanyan vurğulayır.Erməni jurnalist Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanın Ermənistan ordusuna etdiyi müraciəti də təqdir etdiyini gizlətməyib. "Hamını silahı yerə qoymağa, əsgər valideynlərini isə Azərbaycana keçməyə çağırıram. Mən bir məqsədlə - həyatımı qorumaq məqsədilə Azərbaycan tərəfə keçmişəm",- deyə Andranik Qriqoryan vurğulamışdı.