Qohumlar arasında qan düşdü

2 Aprel 2015 16:00 (UTC+04:00)

İmişli sakini qohumunu bıçaqlayıb.

Movqe.az xəbər verir ki, İmişlidə bıçaqlanma hadisəsi baş verib.

Hadisə mart ayının 31-də İmişli şəhərində qeydə alınıb.

Şəhər sakini Mehdi Hüseynov münaqişə zəminində qohumu Mirzə Hümbətova bıçaqla xəsarət yetirib.

Hadisəni törədən şəxs sonradan qaçıb.

İmişli rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.