Putinin məqsədi nədir?

2 Aprel 2015 16:15 (UTC+04:00)

Yasenyuk: "Onun hədəfi Ukraynanı məhv etməkdir".

Berlində Konrad Adenauer adına Fond tərəfindən təşkil edilmiş müzakirələrə qatılan Ukraynanın baş naziri Arsen Yasenyuk Rusiyanı sərt ittiham edib, Avrapanı bu ölkəyə qarşı birləşməyə çağırıb.

Bugun.az-ın anspress-ə istinadənməlumatına görə, o bildirib ki, Avropa Ukraynanın şərqində - Donbasda baş verən münaqişə ilə əlaqədar Kiyevə dəstəyini genişləndirməlidir. Həmçinin Avropa Rusiya barəsində hərbi təmkinliliyinin ölçüsünü müəyyənləşdirməlidir.

Movqe.az xəbər verir ki, Baş nazir "Putinin məqsədi nədir" sualına belə cavab verib: "Biz münaqişənin hərbi yolla həllini dəstəkləmirik. Ancaq Rusiya prezidenti Vladimir Putin "sovet kateqoriyası"na uyğun düşünür. Putinin hədəfi müstəqil dövlət kimi Ukraynanı məhv etməkdir."

A.Yesenyuk müzakirələrdən əvvəl Berlinə səfəri çərçivəsində Almaniya kansleri Angela Merkel ilə görüşüb, Avropa İttifaqını Ukraynaya iqtisadi dəstəyin genişləndirməyə çağırıb: "Ukrayna terrorçularla mübarizə aparır, hansı ki, Moskva əmr edir. Biz bu mübarizəmizlə Avropanı və Avropa İttifaqını müdafiə edirik."

Xatırladaq ki, Ukrayna baş nazirinin Berlinə səfərinin məqsədi Almaniyanın Kiyevə 500 milyon avro kreditin verilməsi mexanizmi haqqında razılıq əldə etməkdir.