Müəllimlərin maaş cədvəli açıqlandı - (Foto)

2 Aprel 2015 16:30 (UTC+04:00)

Təhsil Nazirliyi sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqları ilə açıqlama yayıb. Movqe.az nazirliyin saytına istinadən bildirir ki, ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq, əməkhaqqı artımı cədvəli faiz göstəriciləri ilə təqdim edilir.

Beləliklə, hesablamalara əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əməkhaqqısı 30-40 faiz, 32,7 faizinin əməkhaqqısı 20-30 faiz, 7,1 faizinin əməkhaqqısı isə 15-20 faiz həcmində artıb.