Dünyanın ilk transvistit futbolçusu (FOTO)

2 Aprel 2015 17:10 (UTC+04:00)

Dünyanın ilk transvistit futbolçusu ölkəsində ən yaxşı futbolçu sayılır. Movqe.az-ın məlumatına görə, ABŞ-a aid bir adanın futbol komandası olan Samoanın 26 yaşlı futbolçusu yığmada müdafiəçi qismində çıxış edir.Bu yığma 90 dəqiqədə qapısından 31 qol buraxaraq dünya mətbuatının gündəminə düşmüşdü. Samoa bir matçda ən fərqli hesabla məğlub olan komanda kimi tarixə düşüb.Yığma komandaların reytinq cədvəlində 200-cü pillədə yer alan Samoa tarixdəki ilk və tək qalibiyyətlərini 2014 Dünya Kuboku seçmələrində Tonqaya qarşı əldə edib.2-1 öndə olduqları matçın son dəqiqələrində Tonqa hücumunu dəf edən trans futbolçu "matçın adamı" seçilmişdi.