Bakının ən böyük prospekti 2 gün bağlı olacaq
2 Aprel 2015 18:00 (UTC+04:00)
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin
yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv
şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma
işləri yekunlaşıb. "Azəryolservis" ASC-dən Lent.az-a verilən
məlumata görə, nəzərdə tutulan təmir və
abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev
prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin
qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti
üçün tam bağlanacaq. Prospektin bağlanmasında əsas məqsəd İlk
Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini
aparmaqdı. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından
istifadə edə bilərlər.