Kometdə hərəkət edən fiqur aşkar edilib

2 Aprel 2015 22:00 (UTC+04:00)

Çuryumov-Gerasimenko kometi üzrə hərəkət edən nədir? Qar adamı və ya buna bənzər başqa bir varlıq?

Məlumat Avropa Kosmik Agentliyindən aprelin 1-də daxil olduğuna görə bunun həqiqi olduğunu təsdiq etmək hələlik çətindir. Amma bir şey dəqiqdir: aprelin 1-də "Rozetta" kosmik aparatının elmi alətləri sayəsində Çuryumov-Gerasimenko kometinin ən dəqiq və yaxın təsviri alınıb.

Alimlər bildirirlər ki, orada hərəkət edən fiquru dəqiqliklə görürlər. Fiqur, sanki, Hapi adı ilə tanınan regiondan keçir.