Avropa Məhkəməsi Ermənistanı cərimələdi

2 Aprel 2015 19:20 (UTC+04:00)

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan dörd erməni vətəndaşına qarşı qeyri-insani hərəkətlərə yol verən Ermənistan hakimiyyətini 71 min avro məbləğində cərimələyib. Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, Strasburq Məhkəməsi Ermənistan rəsmilərinin özbaşınalığından, məmurların korrupsiyaya qurşanmalarından, prezident Serj Sərkisyanın hakimiyyətə gəlməsindən narazı olan insanların 2008-ci il may ayında keçirdikləri dinc nümayiş zamanı polisin onlara göstərdiyi zorakılıq hərəkətlərini, çoxlu sayda nümayişçinin həbs edilməsini qətiyyətlə pisləyib və bu hadisəni ölkədə insan haqlarının pozulması kimi dəyərləndirib.