Universitetə silahlı hücum: 147 nəfər öldü

3 Aprel 2015 10:45 (UTC+04:00)

Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər həyatını itirib. Movqe.az-ın "Reuters"ə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti Somalinin "Əş-Şabab" qruplaşması öz üzərinə götürüb.Hücum dünən səhər saatlarında Keniyanın Qarrisa şəhərində baş verib.Ölənlər arasında dörd nəfərin terrorçu olduğu bildirilir. Daha bir silahlının qaçarkən yaxalandığı deyilir.