Fransa prezidenti Azərbaycana gələcək

3 Aprel 2015 11:00 (UTC+04:00)

Fransa prezidenti Fransua Olland Azərbaycana rəsmi səfər edəcək. Movqe.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib.Səfirin sözlərinə görə, Fransua Ollandın səfəri bu il ərzində baş tutacaq: "Fransa prezidentinin səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Səfərin dəqiq vaxtı müəyyən deyil, amma səfərlə bağlı hazırlıq aparılır".P. Mönyenin sözlərinə görə, Fransa prezidenti Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır və hər iki ölkənin prezidentləri ilə görüş keçirib təkliflərini müzakirə etmək istəyir.