Rusiya və Ermənistan hərbi təlimlərə başlayıb

3 Aprel 2015 11:30 (UTC+04:00)

Rusiyanın "MiQ-29" qırıcılarının pilotları bu ölkənin Ermənistan ərazisindəki hərbi bazalarından birində keçirilən təlimlərə qoşulub. Movqe.az-ın xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb."Təlimlərdə birləşmələrin yay və xidmətçi tərkibinə daxil olan 100 hərbi qulluqçusu və 30 xüsusi aviasiya texnikası vahidi qatılıb" – xəbərdə bildirilir.Məlumata görə, üç gün ərzində qırıcıların pilotları qoşunları havadan mühafizə eləmək məsələlərini işləyəcəklər. Bundan əlavə, onların qarşısında xəyali düşmənin bombardmançılarını, qanadlı və ballistik raketlərini məhv eləmək tapşırığı qoyulub.