Prokurorun qətlində ingilis izi?

3 Aprel 2015 11:45 (UTC+04:00)

Ötən gecə səhərə yaxın Türkiyədə yerli polis əməkdaşları DHKP-C terrorçularına qarşı əməliyyat keçiriblər. Movqe.az-ın məlumatına görə, bu məqsədlə İstanbulun Okmeydanı rayonunda terrorçulara aid 45 evdə polis axtarış aparıb.Yerli vaxtla saat 04.30-da (Bakı vaxtıyla 06.30) keçirilən əməliyyat zamanı 30 DHKP-C üzvü, o cümlədən 1 ingilis casus saxlanılaraq polis idarəsinə aparılıblar.Polis əməliyyat keçirdiyi binalardan birində döşəməsi, tavanı, qapısı və divarları poladdan olan bir otaqla qarşılaşıb. Otağın qapısı sındırılana qədər terrorçular içəridə bir çox sənədi və kompüteri yandıraraq məhv ediblər.Qapını sındıran polis əməkdaşları otaqda sənədsiz silahlar, silahlara aid güllələr və terrorçulara aid sənədlər aşkarlayıb.Xatırladaq ki, martın 31-də Türkiyənin İstanbul şəhərində "Gəzi parkı" aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü. Keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb.