Ən qısamüddətli Ay tutulması olacaq

3 Aprel 2015 12:45 (UTC+04:00)

Yer kürəsinin əhalisi ən qısamüddətli Ay tutulmasını müşahidə edə biləcək. Movqe.az xəbər verir ki, bu hadisə aprelin 4-də baş verəcək. Ay tutulması hadisəsi son yüz ildə baş verəcək ən qısa müddətli təbiət hadisəsi olacaq. Yalnız beş dəqiqə davam edəcəyi proqnozlaşdırılan təbiət hadisəsini ABŞ, Asiya, Hindistan, Rusiya və Qərbi Çinin əhalisi izləyə biləcək.