Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən açıqlama

3 Aprel 2015 11:58 (UTC+04:00)

Dünəndən etibarən sosial şəbəkələrdə universitet tələbələrinin hədə qorxu ilə könüllülər sırasına cəlb edilməsinə dair məlumatlar yayılıb. Sözügedən universitetlər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də adı hallanırdı. Yayılan məlumatlarla bağlı movqe.az-a açıqlama verən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Raifə Səfərov bildirdi ki, yayılan xəbərlər həqiqətə uyğun deyil: "Biz heç bir tələbəni məcbur etməmişik. Tələbələrə iştirakla bağlı təklif verildi, könüllü olaraq hər bir tələbə könüllülər sırasına qoşuldu".

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Sənətşünaslıq fakültəsinin dekanı Raifə Səfərovanın tələbələrin Avropa Oyunlarında könüllü olmayacaqları təqdirdə universitetdən qovacağı ilə bağlı xəbərlər yayılmışdı.