Assancla əlaqədar gərgin gözləyiş

16 Avqust 2012 19:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ekvador hökumətinin Londondakı səfirliyinin binasında sığınan WikiLeaks qurucusu Culian Assancla əlaqədar verəcəyi qərar hələ də gözlənilir. Bu usə diplomatik münasibətlərdə gərginlik yaradıb. Assangi dəstəkləyən bir qrup nümayişçi, bina ətrafında oturaq nümayişə başlayıb, burda bir növ qoruma divarı meydana gətirilib.

İngiltərə XİNmühafizə xidmətinin nümayəndələrinin binaya daxil olmaq istəməsi isə qarışıqlıq yaradıb. Ekvador xarici işlər naziri Rikardo Patini, bir gün əvvəl Londonu xəbərdar edərək bu tipli hərəkətlərin dəhşətli diplomatik problemlərə gətirib çıxaracağını deyib.

İngilislər 7 gündəlik möhlət adıyla səfirlik binasınıtərk edib. Paytaxt Quitoda da İngiltərə səfirliyi qarşısında nümayiş təşkil edilib. Ekvadorlu nümayişçilərin, İngiltərəylə Argentina arasındakı Malvin adaları probleminə aid olan şüarlar deməsi diqqəti çəkib.