Milli Məclisdə hakimlə bağlı müzakirə

3 Aprel 2015 15:15 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Movqe.az xəbər verir ki, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, Etibar Nəbiyev uzun illərdir ki, bu sahədə çalışır və öz işini layiqincə yerinə yetirib. Səsvermə nəticəsində E. Nəbiyevin hakimliyi təsdiq edilib.