Ancelina Colidən gözlənilməz qərar

3 Aprel 2015 14:42 (UTC+04:00)

49 yaşlı aktrisa-rejissor Ancelina Coli karyerasına son qoymaq qərarına gəlib. Movqe.az Axşam.az-a istinadən bildirir ki, bunu ailəyə yaxın mənbələrdən biri bildirib. Bir qədər əvvəl xərçəng xəstəliyi təhlükəsi səbəbindən yumurtalıqlarını əməliyyatla götürdən Coli bundan sonra uşaqlarına və həyat yoldaşı Bred Pittə daha çox vaxt ayırmaq istəyir. "Coli artıq uşaqları və əri olmadan bir gün belə keçirmək istəmir. O hətta Hollivudu tərk etmək bahasına olsa belə, həm aktrisalıq, həm də rejissorluq fəaliyyətinə son qoyacaq", - deyə mənbə bildirib.