Qanuna dəyişiklik-Cəriməni ödəməyənlər...

3 Aprel 2015 16:00 (UTC+04:00)

Milli Məclis "Antiinhisar fəaliyyəti haqqında" qanuna dəyişiklik edib. Movqe.az xəbər verir ki, iclasda İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək deyib ki, dəyişikliyə əsasən, təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.