Miqrasiya Məcəlləsində dəyişikliklər edildi-Əcnəbilərin nəzərinə !

3 Aprel 2015 17:00 (UTC+04:00)

Milli Məclis "Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna dəyişiklik edib. Movqe.az xəbər verir ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik haqqında məlumat verib. O bildirib ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.