Özəl bağçalarla bağlı açıqlama

3 Aprel 2015 15:45 (UTC+04:00)

Təhsil Nazirliyi özəlləşdirilən uşaq bağçalarının təyinatına görə istifadə edilməsinə nəzarət edirmi sualına aydınlıq gəlib. Movqe.az xəbər verir ki, Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Bu səbəbdən də neçə məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməsi və təyinatına görə istifadə edilməsi barədə Təhsil Nazirliyində heç bir məlumat yoxdur.