Kəlbəcərli girovlar şikayətə hazırlaşır

3 Aprel 2015 17:45 (UTC+04:00)

Kəlbəcərli girov Şahbaz Quliyev qondarma Qarabağ rejiminin Kassasiya palatasına müraciət edəcək. Movqe.az-ın məlumatına görə, bunu girovumuzun erməni vəkili Arkadi İsraelyan bildirib. O, deyib ki, məhkum olunan şəxslə danışığından sonra onu buna inandıra bilib.Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib. Onlarla birlikdə olan Həsən Həsənov isə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Ermənilər onun cəsədini uzun müddət verməyiblər.