ATƏT: Həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünü müzakirə ediblər

3 Aprel 2015 18:30 (UTC+04:00)

ATӘT-in Minsk qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər.

Bu barədə ATӘT-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir. Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər: "Həmsədrlər bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər. Vasitəçilər ATӘT-in Minsk qrupu ölkələrinin və ATӘT-ə üzv ölkələrin qarşılıqlı etimad tədbirlərinin və təmas proqramlarının həyata keçirilməsində oynaya biləcəyi rolu da vurğulayıblar".