Rusiyadan Tacikistana 70 milyardlıq silah yardımı

3 Aprel 2015 19:15 (UTC+04:00)

Rusiya Tacikistana 70 milyard rubl (təxminən 1.23 milyard dollar) dəyərində hərbi-texniki yardım göstərəcək.

Movqe.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti Rusiya Baş Qərargahındakı mənbəyə istinadən yazıb.

Qəzetin yazdığına görə, silahlar (rabitə vasitələri, atıcı silahlar və sursatlardan tutmuş aviasiya, artilleriya və zenit-raket qurğularına qədər) rus ordusunun balansından veriləcək.

Bildirilib ki, Tacikistan silahlı qüvvələrinin birgə modernləşdirilməsi proqramı keçən ilin yayında imzalanıb.