Nazirlik Əhmədlidə kəsilən ağaclardan xəbərdardı

3 Aprel 2015 17:49 (UTC+04:00)

Aşağıdakı şəkillər Xətai rayonundandır. Belə ki, rayonun Əhmədli qəsəbəsi Sarayevo küçəsində 4 ağac naməlum şəxslər tərəfindən kəsilib. Ağacları kökündən kəsdikdən sonra izi itirmək üçün ağacın torpaqda qalmış hissəsinin üstünü elə torpaqla örtməyə çalışıb. Ancaq diqqətlə baxdıqda ağcların kötükləri hiss olunur. Xatırladaq ki, bu kimi hallara rayon ərazisində tez-tez rast gəlinir. Məsələ ilə bağlı movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fikrini öyrəndi. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, ağaclar gecə vaxtı kəsilib: "Sözügedən ağac kəsintisi ilə bağlı ETSN tərəfindən sənədləşmə işlər aparılıb. Təqsirkarın müəyyən edilib, barəsində qanunamüvafiq tədbir görülməsi üçün rayon polis şöbəsinə müraciət olunub".

Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsindən məulmat almaq mümkün olmadı.