Ukrayna da “erməni soyqırımı” məsələsini qaldırır

3 Aprel 2015 19:45 (UTC+04:00)

Bu gün Ukraynanın Ali Radasına qondarma erməni soyqırımının tanınması haqqında 2530 saylı qanun layihəsi daxil olub. "İnterfaks-Ukrayna" xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı bitərəf deputat (141 saylı dairədən seçilib, mərkəz – Tatarbunar şəhəri, Odessa vilayəti), "Vidrojdeniya" deputat qrupunun üzvü Vitali Barvinenkodur. Ali Radanın saytında sənədin mətni hələlik açıqlanmayıb.