Generalın nəvəsini döydülər

3 Aprel 2015 21:00 (UTC+04:00)

Böyük Vətən müharibəsinin qəhrəmanı, general İvan Panfilovun 67 yaşlı nəvəsi Aygül Bayqadamova döyülüb. Movqe.az-ın məlumatına görə, ona Almatıdakı yaşadığı binanın yanında hücum edilib.Tanınmış qazax bəstəkarı, xor mahnılarının yaradıcısı Baxıtcan Bayqadamovun qızı olan A.Bayqadamova deyib ki, hücum edənlər onun heç bir şəxsi əşyasını götürməyiblər. Sadəcə, mən bu yaxınlarda internetdə narıncı və qara zolaqlardan ibarət "St.George lenti"ni müdafiə etmişdim.Xatırladaq ki, İvan Panfilov 1941-ci ildə Moskva yaxınlığında öldürülüb. Onun 316-cı Piyada Dviziyası Sovet paytaxtının Alman qoşunlarından müdafiəsində əsas rol oynayıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2014-cü ildə paytaxt Almatıda İ.Panfilovun abidəsinin qoyulması barədə göstəriş verib. Abidə faşist Almaniyası üzərində qələbənin 70 illiyi şərəfinə ucaldılıb.