Kayahanın vəsiyyəti açıqlandı və...

3 Aprel 2015 22:30 (UTC+04:00)

Sabah müğənni Kayahanın nəşi torpağa tapşırılacaq. Movqe.az-ın verdiyi məlumata görə, Kayahan üçün sabah səhər Camal Rəşid Rəy Konsert zalında anma mərasimi təşkil olunacaq. Cənazə namazından sonra mərhum "Qanlıca" məzarlığında dəfn olunacaq. Kayahan vəsiyyətində dənizi görən bir yerdə dəfn olunmaq istədiyini bildiribmiş. Elə buna görə də məhz bu məzarlıq seçilib. Müğənninin ailəsi çələng göndərmək istəyənlərdən bunun əvəzinə "Məhmətcik vəqfi"nə yardım etmələrini xahiş edib.

Xatırladaq ki, türk musiqi sənətinin nəhəng siması Kayahan bu gün səhər saatlarında vəfat edib.