Toyota Çində də istehsal olunacaq

4 Aprel 2015 00:00 (UTC+04:00)

Yaponiyanın avtomobil nəhəngi Toyota üç illik susma dövründən sonra investisiyalarına yenidən başlayacaq.Şirkət, Çin və Meksikada maşın bazarındakı inkişafdan yararlanmaq üçün 1.3 milyard dollarlıq kapitalla iki zavod qurmağı planlaşdırır.Toyota, 2009-cu ilin sonlarında, bir sıra texniki problemlər səbəbindən yüksək sayda avtomobilini geri çağırmaq məcburiyyətində qalmışdı.Toyota 2020-ci ilə qədər, avtomobillərinin yarısını yeni platformada istehsal etməyi hədəfləyir.Yapon avtomobil nəhəngi, dünyanın ən böyük istehsalçısı olmaq yarışında Volkswagen qarşısında çox az fərqlə öndədir. Keçən il Toyota-nın qrup satışları 10.23 milyon, Volkswage-nin satışları isə 10.14 milyon ədəd olmuşdur.