Azərbaycanda elmi ideyaların kommersiyalaşdırılmasında irəliləyiş çox zəifdir

17 Avqust 2012 08:39 (UTC+04:00)

Azərbaycanda elmi ideyaların kommersiyalaşdırılmasında irəliləyiş çox zəifdir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun fikrincə, bu gün Azərbaycan üçün elmi ideyaların kommersiyalaşdırılması məsələsi çox aktualdır və bundan qaçmaq olmaz. Bu məsələ bu yaxınlarda belarus həmkarlarla müzakirə olunub. Kərimov hesab edir ki, innovasiya bazarında irəliləyişlə bağlı onların təcrübəsi Azərbaycan üçün faydalı ola bilər. AMEA prezidentinin fikrincə, elmi istehsaldan onun praktikada tətbiqinə qədər kifayət qədər çətin yol keçmək lazmdır, lakin innovasiya fəaliyyəti sahəsində qanunvericilik bazasının olmaması bu prosesi müəyyən mənada əngəlləyir.

"Etiraf etmək lazımdır ki, Azərbaycanda bu sahənin inkişaf etməməsinin səbəblərindən biri yüksək texnologiyalara əsaslanan özəl sektorun yetərincə inkişaf etməməsi və onların yeni texnologiyaları zəif mənimsəməsidir. Əvvəllər mövcud olan həmin elektron və elektrotexniki sənaye bu gün yoxdur. Biz onu itirmişik. Azərbaycanlı fiziklər üçün öz elmi işlərini tətbiq etmək çox çətindir, baxmayaraq ki, kimya sənayesi kimyaçı alimlər üçün müəyyən perspektivlər yaradır. Onların işləri perspektivdə öz tətbiqini tapa bilər. Habelə öz praktiki tətbiqini tapan bioloji və aqrar elmlər sahəsində müəyyən işlər var", - Kərimov deyib.