Neftin qiyməti yenə düşdü
4 Aprel 2015 11:07 (UTC+04:00)
İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda
neftin qiymətində ötən gündən bəri dəyişiklik müşahidə
olunmaqdadır.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Nyu-York və
London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə
alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət
əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.37
dollar azalaraq 48.77 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin
qiyməti 0.48 dolar enərək 54.47 dollar olub.
Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 49.14
dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54.95 dollar
idi.