İsrailin varlığı təhlükədədir
4 Aprel 2015 12:00 (UTC+04:00)
İranla nüvə proqramına dair istənilən razılaşma İsrailin mövcudolma
hüququnu əlindən almamalıdır.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, İranla
razılaşmaya qarşı çıxan yeganə ölkə İsrailin baş
naziriBenyamin Netanyahunun Lozanna danışıqlarına
reaksiyası bu cür olub.
Netanyahu qeyd edib ki, hazırkı razılaşma sənədləri Yaxın Şərqdə
nüvə silahının yayılma riskini artırır və dəhşətli müharibənin
başlamasına zəmin yaradır.
"Hökumət qəti şəkildə razılaşmanı rədd edir. Bu razılaşma İsrailin
varlığını təhlükə qarşısında qoyur. İran heç bir nüvə müəssisini
bağlamayacaq, sentrifuqaları məhv etməyəcək və uranın
zənginləşdirilməsinə də son qoymayacaq. Əksinə, razılaşma İranın bu
istiqamətdə fəaliyyətini qanuniləşdirir. Bütün bunlar isə İranın
regionda terror fəaliyyəti gücləndiyi bir vaxtda baş verir. İsrail
onu məhv edəcəyinə and içən ölkə ilə heç bir razılaşmanı qəbul
etməyəcək"
Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları prezidentiBarak
Obamabildirmişdi ki, İranla əldə olunan razılaşma İranın
nüvə bombası hazırlamasına imkan verməyəcək.