Səudiyyə Ərəbistanından növbəti hücum

4 Aprel 2015 12:05 (UTC+04:00)
Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri Yəməndə husilərə qarşı hücumları bərqərar edib.
Movqe.az-ın milli.az-a istinadən verdiyi məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, Ədən şəhərinin kənarları hava və dəniz qüvvələri tərəfindən atəşə tutulur.

Bundan əlavə paytaxt Səna şəhərinin husilərin nəzarətində olan rayonlarına hava zərbələri də yenidən həyata keçirilir.